Azərbaycanın istəyi budur, elə erməni tərəfinə də bu lazımıdr – Zərdüşt Əlizadəbackend

Azərbaycanın istəyi budur, elə erməni tərəfinə də bu lazımıdr – Zərdüşt Əlizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hadisələrin məcrası ona gətirdi ki, tədricən tərəflər arasında müəyyən razılaşmalar oldu. Hazırda isə Azərbaycan və Ermənistan ərazilərinin, sərhədlərinin tanınması istiqamətində böyük işlər gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında baş tutacaq görüşdən danışarkən deyib. Onun sözlərinə görə, zamanla müharibə və münaqişəyə son qoyulmalıdır:
“Azərbaycan tərəfinin istəyi budur. Erməni tərəfinə də bu lazımıdr. Amma Ermənistanın daxilində və xaricində buna müqavimət göstərən qüvvələr var. Hələ ki, mübarizə gedir. Hər halda ümid edək ki, güc və haqq Azərbaycan tərəfindədir. Biz sazişə nail olmalıyıq və müharibəyə, münaqişəyə son qoymalıyıq. Yolların açılması, salınması, köçkünlərin ərazilərə qayıtması böyük işlər olmalıdır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində görüşü baş tutacaq. Görüşdə Qarabağ məsələsi də müzakirə olunacaq.