Azərbaycanın ərazi bütövlüyünü təmin edən strateji əsaslar: Geopolitik müharibədə qazanılan uğurbackend

Azərbaycanın ərazi bütövlüyünü təmin edən strateji əsaslar: Geopolitik müharibədə qazanılan uğur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda qlobal güclər arasında davam edən savaş kiçik ölkələri böyük dövlətlərin koloniyalarına çevirməkdədir. Azərbaycan əvvəldən strateji qərarlar qəbul elədiyinə görə, bu gün açıq təhdidlərdən asanlıqla yayına bilir və ciddi manevr imkanlarına malikdir.
2003-cü ildən ölkəyə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd Qarabağın işğaldan azad olunması məsələsi idi. Qarabağın azad edilməsinin iqtisadi-siyasi, hərbi strategiyası illər öncə hazırlanırdı və bütün bunlar mərhələli şəkildə həyata keçirilirdi. İlham Əliyev bu konsepsiyanı mərhələli şəkildə necə reallaşdırdı? Əgər aşağıdakı bu amillərdən biri olmasaydı, nəinki Qarabağın azad olunması, hətta orada kiçik miqysaslı hərbi əməliyyatların aparılması mümkünsüz da ola bilərdi. Əgər İlham Əliyev 2008, 2013, yaxud 2018-ci illərdə yenidən prezident seçilməsəydi, Qarabağın azadlığı üçün hazırlanan konsepsiya da qırılacaq, yarımçıq qalacaqdı.
Qarabağı azad etmək üçün:
– Azərbaycan heç bir hərbi ittifaqa üzv olmalı deyildi. İlham Əliyev buna da nail olmaqla, ölkənin “tərəfsiz güc” imicini və mövqeyini formalaşdırdı. Heç şübhəsiz, Azərbaycan NATO-ya, yaxud KTMT-yə üzv olsaydı, Qarabağ probleminin real həllindən söhbət belə gedə bilməzdi. ABŞ-ın Əfqanısanda hərbi kampaniyası başlayanda NATO-nun Azərbaycana qarşı “incə təhdid” siyasəti da start götürdü. Belə mülahizələr səslənirdi ki, ABŞ-ın İrana qarşı real hərbi addımlar atması üçün Azərbaycan plazdarm rolunu oyna bilər. Bəs İ.Əliyev nə etdi? O, İrana qarşı hərbi kampaniya aparmaq üçün Azərbaycanı ABŞ-ın hərbi “istinad” və “qərargah” niyyətlərindən tamamilə çıxdaş etdi. Nəticədə Azərbaycan poliqona çevrilməkdən xilas oldu. İ.Əliyev Azərbaycanı “əlaltı dövlət”ə çevirməyə hesablanan təhdidləri sıfırlamaqla yanaşı, İrandan gələn təhlükələrdən də sığortaladı və “mehriban qonuluq” siyasətinin təməl prinsiplərini strateji hala gətirdi.
— Azərbaycanda heç bir dövlətin hərbi bazası yerləşməməli idi. İ.Əliyev buna nail olmaqla, Azərbaycanın belinə “təhlükəsiz kəmər” bağladı.
– Azərbaycanda böyük güclərin bioloji laboratoriyaları mövcud olmalı deyildi. Prezident bunu da mümkünə çevirdi. Bu, bizi qlobal təhlükəsizlik məsələrində əsas tərəfdaşa çevirdi. Halbuki Orta Asiya ölkələrinin bəzilərində və Ermənistanda (2016-cı ildən) Qərbin bioloji laboratoriyaları mövcuddur. Bu gün Rusiyanın və ABŞ-ın bu ölkələrə qarşı əsas təzyiq vasitələrindən biri də məhz bu amildir.
— Azərbaycan Qoşulmama Hərəkatının nüvəsinə çevrilməli idi. İ.Əliyevin işğala məruz qalan ölkənin lideri kimi bu Hərəkatda əsas güclərdən birinə çevrilməsi geopolitik münasibətlərdə yeni istiqamətin açılması demək idi.
– Azərbaycanda Qarabağı azad edə biləcək monolit hakimiyyət formaşaldırmaq lazım idi. İ.Əliyevin Qarabağın azadlığı istiqamətində formalaşdırdığı sürətli əyləc sistemi bir çox hallara hakimiyyətdəki “köhnə komanda” tərəfindən tormozlanırdı. Diqqət ediriksə, ölkədə kadr islahatların aparılması prosesi də məhz Qarabağın azadlığı üçün aparılan müharibədən az öncə başladı və ən strateji postlar məhz müharibədən həmin vaxt təmizlənmiş oldu.
– Azərbaycan Qarabağın azad edilməsi üçün böyük dövlətlərdən birini özünə həqiqi dost və strateji tərəfdaş kimi qazanmalı idi. Bunun üçün ən uyğun dövlət Türkiyə ola bilərdi, belə də oldu. Bu məsələ uzun və tarixi təhlil yolu keçmiş bir amildir. Nəzərə almaq lazımdır ki, 1992-1993-cü il Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana yetərincə yardım edə bilmədi. Qardaş ölkə olsaq da, Azərbaycanla Türkiyə arasındakı münasibətləri indiki mərhələyə çatdırmaq böyük siyasi iradə, zaman və strateji qərarlar qəbuledilməsi lazım idi. İ.Əliyev buna da nail oldu.
– Ölkənin ciddi “diplomatik bazası” yaradılmalı idi. Qonşu ölkələrlə dostluq, mütəffiqlik, strateji tərəfdaşlıq və qlobal güclərlə münasibətlərin milli maraqların müdafiəsi istiqamətində qurulması İ.Əliyevin Azərbaycana qazandırdığı “diplomatik baza”nın mühüm istiqamətlərini təşkil edirdi.
Ordunun peşəkarlaşdırılması, hərbi arsenalın zənginləşdirilməsi və güclü iqtsiadiyyatın yaradılması və s. Qarabağın azad edilməsi üçün hazırlanan konsepsiyanın mühüm tərkib hissələrindən biri idi.
Azərbaycan Qarabağ müharibəsi zamanı təkcə torpaqlarını işğaldan azad etmədi. Biz digər strateji hədəflərimizə də çatmış olduq:
– Qarabağda Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrə məxsus narkotik plantasiyaları fəaliyyət göstərirdi. Ərazilər işğaldan azad olunandan sonra bu plantasiyalar da məhv olub getdi. Hərbçilərini, silah-sursat etiyatlarını narkotikdən gələn gəlirlər hesabına formalaşdıran Ermənistan “böyük imkan”dan da məhrum oldu. Ermənistan böyük bir tranzit ərazini itirdi.
– Müxtəlif terrorçu təşkilatlar, eləcə də ermənilərin qanunsuz silahlı birləşmələri Qarabağdan təlim mərkəzi kimi istifadə edirdilər. Bu torpaqların azad edilməsi dünyada terrorizmə vurulan ən ciddi zərbələrdən biri idi.
Samir Feyruzov
Siyasi analitik, jurnalist
image-samir-feyruzov