Azərbaycanın ən yaşlı vətəndaşı odur – FOTObackend

Azərbaycanın ən yaşlı vətəndaşı odur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-cü ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub, boya-başa çatıb.
TİA.az-ın Modern.az-a istinadla məlumatına görə, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.
Ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın 6 nəvəsi, 13 nəticəsi var.
Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.
Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb.