Azərbaycanın ən bahalı futbolçusu müəyyənləşdi (SİYAHI)backend

Azərbaycanın ən bahalı futbolçusu müəyyənləşdi (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın ən bahalı futbolçusu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, “Transfermarkt”ın dəyərləndirməsinə görə, milli komandamızın ən dəyərli futbolçusu Riçard Almeydadı. Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçiyə 1,6 milyon avro (təxminən 3 milyon manat) qiymət qoyulub.
Riçarddan sonra ən bahalı futbolçumuz Maksim Medvedevdi. “Qarabağ”ın müdafiəçisinin transfer dəyəri 1,3 milyon avrodu (təxminən 2,43 milyon manat).
Hazırda klubsuz olan qapıçı Emil Balayev, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseyov və Ağdam klubunun hümuçusu Mahir Emrelinin 1,2 milyon avro (təxminən 2,25 milyon manat) dəyəri var.
Digər bir “Qarabağ”lı Qara Qarayevə 1,1 (təxminən 2 milyon manat), “Neftçi”dən Emin Mahmudova 1 (təxminən 1,86 milyon manat) qiymət qoyulub.
“Neftçi”nin qapıçısı Səlahət Ağayevlə “Sabah”ın hücumçusu Ramil Şeydayevin isə 900 min avro (təxminən 1,7 milyon manat) qiyməti var.