Azərbaycanın dünyada axtardığı bacılardan biri tutuldubackend

Azərbaycanın dünyada axtardığı bacılardan biri tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.
TİA.AZ Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Səfərzadə Aybəniz Mirəddin qızının Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən A.Səfərzadə aprelin 26-da saxlanılıb.
Məlumata görə, A.Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dəyişibmiş.
Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər ikisi barəsində 2006-cı ildən cinayət işi başlanıb.
İnterpol xətti ilə axtarılan bacılardan Aybəniz Səfərzadə iki gün əvvəl tutulsa da, Almaz Səfərovanın saxlanılması hələlik mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, saxlanılan 52 yaşlı A.Səfərzadə Bakı şəhər sakinidir. 2007-ci ildə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsilə təqsirli bilinərək barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub və həbs-qətimkan tədbiri seçilib.