Azərbaycanın dostu olan rus jurnalist Kazanda saxlanıldıbackend

Azərbaycanın dostu olan rus jurnalist Kazanda saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış rusiyalı jurnalist və ictimai fəal Maksim Şevçenko Kazanda saxlanılıb. 
Tia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Şevçenko Kazanda etiraz aksiyasında çəkiliş aparmaq istəyərkən polis onu saxlayıb.
Politoloq Ruslan Aysinin sözlərinə görə, Şevçenko Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının paytaxtına mərhum filosof və İslam dünyasının tanınmış fikir adamı Heydər Camalın həyat və yaradıcılığına həsr olunmuş tədbirdə iştirak üçün gedib.
Tədbirin keçirildiyi ünvana taksi ilə gedən jurnalist yolda Rusiya müxalifət liderlərindən olan Aleksey Navalnıya dəstək aksiyasının keçirildiyini görüb. Sürücüdən maşını saxlamağı xahiş edən Şevçenko aksiyadan çəkiliş etmək istəyib. Bu zaman OMON əməkdaşlarının müdaxiləsi ilə üzləşib və saxlanılıb. Təxminən 15-20 dəqiqədən sonra jurnalist sərbəst buraxılıb.
Şevçenko baş verənlər barədə “Exo Moskva”ya deyib ki, sadəcə, küçədə dayanaraq çəkiliş aparıb və bir neçə aksiya iştirakçısı ilə söhbət edib.
“Vətəndaş kimi bunu etməyə haqqım var. Burada hansı qanun pozuntusu var? Öz ətrafıma adam toplamamışam, sadəcə, iki aksiya iştiraksçısı ilə söhbətləşdim. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq məni harasa apardı. Sonra onlara bir nəfər yaxınlaşaraq “bu, çox məşhur adamdı”, – dedi və məni sərbəst buraxdılar”, – jurnalist bildirib.