Azərbaycanın diplomatları arasında koronavirusa yoluxanlar var (RƏSMİ)backend

Azərbaycanın diplomatları arasında koronavirusa yoluxanlar var (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xaricidəki diplomatik nümayəndəliklərimizdən bir nəfərdə COVID-19 virusu aşkarlanıb”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

 

XİN rəsmisi bildirib ki, hazırda həmin şəxsin vəziyyəti yaxşıdır: “Həmin şəxs müalicə olunub və hazırda işinin başındadır”.
Qeyd edək ki, bundan öncə Azərbaycanda digər rəsmi qurumlarda – Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Bakı Metropoliteni”, ”Azərsu”da koronavirusa yoluxma halları qeydə alınıb.