Azərbaycanın bu ölkələrdəki səfirləri dəyişir-ADLARbackend

Azərbaycanın bu ölkələrdəki səfirləri dəyişir-ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

021-ci ilin ilk ayında Xarici İşlər Nazirliyi sistemində bir sıra ciddi kadr və struktur dəyişiklikləri gözlənilir. Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Məlumata görə, yanvar ayında Azərbaycanın bir sıra ölkələrdəki səfirləri həm diplomatik xidmət müddətinin başa çatması, həm də işdə yol verdiyi nöqsanlara görə, geri çağrılacaq. Bununla bağlı artıq XİN tərəfindən ölkə rəhbərliyinə müvafiq təqdimatlar verilib.

Xələf Xələfov vəzifəsindən azad edildi

Məlumatlı mənbə qeyd edir ki, diplomatik xidmət müddətinin başa çatması ilə bağlı geri çağrılacaq səfirlər arasında Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da var.

İddialara görə, bu iki strateji ölkə üçün yeni səfir postuna namizədlər də artıq müəyyən olunmaq üzrədir. Azərbaycanın Rusiyadakı səfiri postuna iki iddialı şəxsin adı çəkilir. Bunlardan biri Xarici işlər nazirinin müavini, diplomatik müstəvidə böyük təcrübəyə malik Xələf Xələfov, digəri isə Azərbaycanın Qazaxıstandakı hazırki səfiri Rəşad Məmmədovdur.

Səfir Rəşad Məmmədov "Atameken" televiziyasına müsahibə verib - YouTube

Polşadakı yeni səfirimiz postuna Azərbaycanın Bolqarıstandakı hazırki səfiri olan Nərgiz Qurbanovanın təyin ediləcəyi ehtimal edilir.

Səfir Nərgiz Qurbanova Sofiyada “Tolerantlıq məskəni” filminin təqdimatında  - FOTOLAR

Bununla bağlı XİN tərəfindən ölkə rəhbərliyinə müvafiq təqdimatların verildiyi bildirilir.

Editor.az