Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi – FƏRMANbackend

Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi – FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev 18 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edib.

TİA.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) 100% məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.