Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olubbackend

Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ərzində ölkəmiz regionda lider ölkəyə çevrilmişdir. Şübhəsiz ki, bu uğur dövlət başçımızın apardığı müdrik siyasəti nəticəsində baş vermişdir. Cənab Prezidentin diplomat olması, əsl sərkərdə olması sayəsində bu gün Azərbaycan Respublikası dünyada müsbət imic qazanmışdır. Ölkə rəhbəri hər zaman olduğu kimi dünya mediyasına açıqdır və 4 saatlıq müsahibə buna bariz nümunədir. “Jurnalistlərin dostu” olan dövlət başçımızın bu müsahibəsi də bütün dünya tərəfindən böyük diqqət və maraqla izlənmişdir. Müsahibədə bir cox suallar cavablandırılmışdır ki, onların əksəriyyəti II Qarabağ müharibəsi və gələcək perspektivləri əhatə etdi. Bu müsahibə növbəti dəfə də ölkəmizin tolerantlıq diyarı olmasını, ardıcıl və etibarlı tərəfdaş olmasını bütün dünyaya nümaiş etdirdi.

Mən vəziyyəti çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərləri ilə bu məsələylə bağlı bir çox söhbətlərimiz olub, xarici işlər nazirləri səviyyəsində, Baş nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, bu imkandan maksimum səmərə ilə istifadə etməliyik. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır.

Vasitəçiliyə gəldikdə, Azərbaycan bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məhz buna görə biz Qoşulmama Hərəkatına yekdil səslə – 120 ölkədən 119-nun səsi ilə seçildik. Halbuki Qoşulmama Hərəkatında elə ölkələr var ki, bir-biri ilə yola getmirlər, onların arasında ciddi ixtilaflar var. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Çünki bizim çox səmimi siyasətimiz var. Biz hər bir ölkə ilə səmərəli işbirliyi qurmaq fikrindəyik, bunu edirik. Ona görə istər-istəməz Azərbaycan dünyada bir görüşmə nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, misal üçün, müharibədən, COVID-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Rusiya baş qərargah rəhbəri və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə Bakıda görüşürdülər, başqa yerdə görüşmürdülər? Çünki inam var. Artıq biz bu imici qazanmışıq. İnam var, etimad var və hörmət var. Bilirlər ki, bizim sözümüz imzamız qədər qüvvətlidir.

Mən fəxr edirəm ki, Azərbaycan kimi sülhsevər, qayğıkeş, öz iradəsi və birliyi ilə seçilən bir ölkədə yaşayıram. Respublikamızı günü-gündən gözəlləşdirən, onun imicini yüksəldən cənab Prezident İlham Əliyev öz xalqına xüsusi diqqət yetirir. Öz vətəninə göstərdiyi məhəbbəti xalqına da göstərməkdədir. Regionlar arasında əməkdakdaşlıq etdiklərinin rəğbətini və güvənini qazanmışdır. Azərbaycan dövləti bir çox çətinliklərlə qarşılaşsa da öz iradəsi ilə bu çətinlikləri asanlaşdıraraq uğur qazanmışdır. Bu gün Azərbaycan regionda ən güclü dövlətlər arasında yer almaqdadır!

Turqut Əhədov,Güllütəpə kənd sakini