Azərbaycanın bank sistemi üzrə proqnoz “mənfi”yə düşdübackend

Azərbaycanın bank sistemi üzrə proqnoz “mənfi”yə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moody`s” beynəlxalq reytinq agentliyi koronavirus (COVİD-19) epidemiyası və neftin ucuzlaşması fonunda Azərbaycanın bank sistemi üzrə proqnozu “müsbət”dən “mənfi”yə dəyişib.

“Proqnozun “Mənfi”yə dəyişdirilməsi koronavirus epidemiyasının ölkədə iqtisadi fəallığın pozulmasına gətirib çıxaracağı və neft qiymətlərinin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta biznes müəssisələrinin, eləcə də iri şirkətlərin öz kreditlərinə xidmət göstərmək qabiliyyətinə zərbə vuracağı ilə bağlı gözləntilərimizi əks etdirir. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına gətirib çıxaracaq”, – deyə agentliyin Azərbaycanın bank sektoruna dair icmalında bildirilir.

“Moody`s”in qiymətləndirmələrinə görə, Azərbaycan banklarının gəlirliliyi zəifləyəcək. Bununla belə, hökumətin bank sisteminin ölçüsünə nisbətən böyük ehtiyatlara malik olmasını nəzərə alaraq bank sektorunu, xüsusilə iri bankları dəstəkləmək bacarığı və hazırlığı yüksək olaraq qalacaq.

Agentlik koronavirus pandemiyasının və neftin aşağı qiymətlərinin bank sektoruna aşağıdakı mənfi təsirlərini qeyd edir: banklar üçün əməliyyat mühitinin pisləşməsi; bankların aktivlərinin keyfiyyətinin pisləşməsi; bankların, xüsusilə böyük həcmdə valyuta aktivlərinə malik olan bankların kapital yetərliliyi göstəriciləri təzyiq altında olacaq.

“Moody`s” hesab edir ki, Azərbaycan banklarının fondlaşdırılması və likvidliyi sabit səviyyədə olacaq.

Hazırda respublikada 30 bank fəaliyyət üçün lisenziyaya malikdir. /”Marja”