Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindibackend

Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin paytaxtı Stokholmda keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyevin  verdiyi məlumata görə, yarışa 4 fiqurlu konkisürən yollanacaq.

Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq. Sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, dünya çempionatı 21 – 28 martda gerçəkləşəcək.