“Azərbaycandan müsbət siqnal gözləyirik” – Armen Qriqoryanbackend

“Azərbaycandan müsbət siqnal gözləyirik” – Armen Qriqoryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hazırda Ermənistan üçün heç bir maneə yoxdur. Biz bəyan etmişik ki, demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq, bununla bağlı Azərbaycandan müsbət siqnal gözləyirik”.
TİA.AZ xəbər verir ki, bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinq zamanı bildirib.
O xatırladıb ki, bununla bağlı Azərbaycan tərəfi də sentyabrda BMT-də bəyanatla çıxış edib, amma hələ irəliləyiş yoxdur.
“Azərbaycanın demarkasiya və delimitasiya prosesinə niyə başlamadığını söyləməkdə çətinlik çəkirəm. Biz bildirmişik ki, demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq, biz həm də həmin işçi qrupunun bütün təkliflərini müzakirə etməyə hazırıq. Bizim vacib yanaşmalarımızdan biri odur ki, Ermənistan Respublikası və Azərbaycan Respublikasının silahlı qüvvələri sərhəddən çıxarılsın, həmin ərazilərdə Ermənistan Respublikası və Azərbaycan Respublikasının sərhəd qoşunları yerləşdirilsin və biz delimitasiya və demarkasiya prosesinə başlayacaq”, – deyə Qriqoryan bildirib.
O, proseslərin hansı xəritə əsasında aparılacağı ilə bağlı hələlik qərarın olmadığını da bildirib.