Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatdıbackend

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı Azərbaycana 680 nəfərlik kvota verib.