Azərbaycanda yoluxma statistikasında azalma müşahidə olundubackend

Azərbaycanda yoluxma statistikasında azalma müşahidə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib, aktiv xəstə sayı 12254 nəfərdir.
Son sutka ərzində 8 121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb.
Qeyd edək ki, ötən gün 8517 test aparılmış, 1 333 yeni yoluxma qeydə alınmış, 269 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmişdi.