Azərbaycanda yoluxma 600-ü keçdi – Ölənlər varbackend

Azərbaycanda yoluxma 600-ü keçdi – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.