Azərbaycanda yoluxma 164-ə düşdübackend

Azərbaycanda yoluxma 164-ə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 419 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 333 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 617 nəfər müalicə olunaraq sağalıb, 4 903 nəfər vəfat edib. 5 203 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 004, bu günə qədər isə ümumilikdə 3 503 639 test icra olunub.
Son gündə koronavirus əleyhinə 38889 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4881 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2208074, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1313364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 894710 təşkil edir.