Tribuna İnformasiya Agentliyi

Azərbaycanda yeni aviaşirkət yaradılır

14 Dekabr

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib. 

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.

AZAL-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, BUTA AIRWAYS adlandırılan yeni büdcə aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

BUTA AIRWAYS aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.

Yeni aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.