Tribuna İnformasiya Agentliyi

Azərbaycanda yaşayış minimumu artırılır

08 Dekabr

“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunur.” 

“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunur.”

TİA.AZ xəbər verir ki, qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.