Azərbaycanda xalçalara hopdurulmuş narkotik aşkarlandı – VİDEObackend

Azərbaycanda xalçalara hopdurulmuş narkotik aşkarlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda minlərlə kiloqram çəkidə, 85 milyon dollar dəyərində olan narkotik maddələr yandırılaraq məhv edilib.
 
TİA.AZ xəbər verir ki, tiryək, heroin, kokainlə yanaşı, rulon formasında materiala hopdurulmuş metamfetamin (“patı”) maddəsi xüsusilə diqqət çəkib.
Bununla bağlı hadisə yerində olmuş jurnalist Nail Kəmərli Bakupost.az -a bildirib ki, həmin rulon xalçadır.
“Patı”nı əridib onun iç səthinə bəzi yerlərə çəkib qurudur, sərhəddən bu formada sezdirmədən keçirirlər. Sonra narkotik alverçiləri xalçaya hopdurulmuş narkotiki qaşıyıb ayırır və satır.
Videodan da göründüyü kimi xalçanın bəzi yerləri yumuşaq, bəzi hissələri sərtdir. Mütəxəssis o hissəyə narkotik hopdurulduğunu deyir.
Xüsusi sahədə tonlarla aktlaşdırılmış narkotik maddə komissiyanın nəzarəti altında yandırılıb.
Həmin videoları təqdim edirik: