Azərbaycanda vəzifəli şəxs 36 yaşında vəfat etdibackend

Azərbaycanda vəzifəli şəxs 36 yaşında vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vəfat edib.
TİA.AZ xəbər verir ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli dünyasını dəyişib.
Qeyd edək ki, O.Məhərrəmli 1985-ci ilin dekabrın 6-da anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB, Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifəsində işləyib.
2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.