Azərbaycanda verilən COVID pasportu hansı ölkələrdə KEÇƏRLİDİR? – SİYAHIbackend

Azərbaycanda verilən COVID pasportu hansı ölkələrdə KEÇƏRLİDİR? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ildən çoxdur ki, dünyada və Azərbaycanda pandemiya davam edir. Bu dövrdə hər bir ölkə öz vətəndaşları üçün giriş-çıxış qaydaları tətbiq edib.

Bizim.Media Azərbaycanda verilən COVID pasportu ilə və ya bu sənəd olmadan hansı ölkələrə səyahət etməyin mümkünlüyünü araşdırıb.

Səyahət şərtləri bütün ölkələr üçün eyni deyil, bu da öz növbəsində, ciddi problemlər yaradır.

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşları ən çox 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini və ya gəlişdən ən çox 48 saat əvvəl keçirilən COVID-19 anticisimlərinin ekspress-testinin neqativ nəticəsini təqdim etməlidir.

Bu tələb 6 yaşdan kiçik sərnişinlərə, gəlişdən ən azı 14 gün əvvəl peyvənd olunduqlarını təsdiqləyən COVID-19-a qarşı peyvənd sertifikatı olan sərnişinlərə və gəlişdən ən gec 6 ay əvvəl təqdim edilmiş, COVID-19-dan sağaldıqlarını təsdiq edən sertifikatı olan sərnişinlərə şamil edilmir. Sərnişinlər Türkiyədə son təyinat məntəqəsində də PCR testdən keçə bilərlər. Bu qayda 6 yaşından kiçik sərnişinlərə şamil edilmir.

Rusiyaya səfər etmək istəyən Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək, reysin uçuşundan ən gec 72 saat əvvəl rus və ya ingilis dilində çap edilmiş, COVID-19 testinin (yalnız PCR metodu ilə həyata keçirilən testlər qəbul edilir) neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim etməlidirlər.

Rus və ya ingilis dilində tibbi sənədi təqdim etmək mümkün olmadıqda, sənədin yola düşmə ölkəsinin rəsmi dövlət dilində və notarial qaydada təsdiq olunmuş rus dilinə tərcüməsinin təqdim edilməsinə icazə verilir. Rusiya heç bir ölkə, o cümlədən Azərbaycan vətəndaşlarından “COVID pasportu” tələb etmir. Yalnız son 72 saat ərzində mənfi nəticəli PCR testi tələb olunur.

Hava nəqliyyatı ilə Gürcüstana səyahət edən Azərbaycan vətəndaşları istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi təqdim etdikləri təqdirdə, ölkəyə daxil ola bilərlər.

Sənədlər ingilis dilində olmalıdır. Gürcüstana daxil olduqdan 72 saat sonra təkrar test vermək məcburiyyəti qüvvədən düşür. Təbii ki, Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışı ingilis dilində Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim edilməlidir. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər. Azərbaycan vətəndaşları Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidir.

Ukraynaya səfər edən azərbaycanlılar isə nəzərə almalıdırlar ki, Ukraynada qaldıqları müddətdə onların etibarlı sayılan sığorta polisi (sertifikatı) olmalıdır.

Yaxud ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş siyahıya daxil edilmiş peyvəndlərlə – Pfizer / BioNTech, Johnson & Johnson’s Janssen, AstraZeneca / Covishield (Hindistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna, Sinopharm, CoronaVac (Sinovac) – tam peyvəndləmə kursunun keçirildiyini təsdiqləyən sənəd və ya girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT) üçün sürətli test və ya girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış olmalıdır. 12 yaşına çatmamış şəxslər üçün test və ya peyvənd sertifikatı tələb edilmir. Azərbaycanlılar Ukraynada PCR testindən keçə bilməz və ya özünütəcrid şəraitində qala bilməzlər.

Ukraynada COVID-19 ilə bağlı anticisimlər barədə arayış isə qəbul edilmir.

Böyük Britaniyaya daxil olan və ya tranzitlə səyahət edən Azərbaycan vətəndaşları COVID-19 testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. PSR-test Birləşmiş Krallığa uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Arayış uçuş ölkəsi tərəfindən təsdiqlənmiş laboratoriyaların birində verilməlidir.

Sərnişinlər Birləşmiş Krallıqda olduqları 2-ci və 8-ci gün ərzində öz hesabına COVID-19 testindən keçməlidirlər.

İngiltərəyə daxil olan və ya tranzitlə səyahət edən sərnişinlər “Xalq Sağlamlığı Sərnişinlərini müəyyənləşdirmə forması”nı doldurmalıdırlar. Formaya iki COVID-19 testi üçün sifariş istinad nömrəsi və ya karantin otelinin bronlaşdırılması üçün istinad sifariş nömrəsi daxil olunmalıdır. Forma uçuşdan 48 saat əvvəl təqdim edilməlidir. Sərnişinlər 10 gün ərzində ev şəraitində özünütəcrid və ya oteldə karantində qalmalıdırlar.

Azərbaycan vətəndaşları İsrailə son birbaşa reysdən ən gec 24 saat əvvəl öz hesablarına COVID-19 üçün PCR testindən keçməlidirlər. Ödəniş hava limanında həyata keçirildikdə isə testin qiyməti 100 şekel təşkil edəcək. İsrailin hüdudlarından kənarda 72 saatdan artıq olan, o cümlədən tranzitlə keçən sərnişinlər COVID-19 üçün PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidirlər. Marşrutun ilk məntəqəsindən yola düşməzdən əvvəl götürülən testin müddəti 72 saatdan artıq olmamalıdır.

COVID-19 pandemiyası dövründə Dubaya səyahət qaydalarına gəlincə, bütün sərnişinlər koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər. PCR testi Dubaya uçuşdan ən çox 72 saat əvvəl verilməlidir. Arayış ərəb və ya ingilis dilində çap olunmalıdır. Bu tələb 12 yaşından kiçik sərnişinlərə şamil olunmur.

Qeyd edək ki, Avropa Birliyinə üzv olan bəzi dövlətlər vaksinlərə qarşı ayrıseçkilik sərgiləməkdədirlər.

Məsələn, İngiltərə, İtaliya və başqa ölkələr “Sinovac”, “Sputnik V” kimi vaksinlərlə vaksinasiya edilənləri öz sərhədlərindən içəri buraxmırlar.

Bu gün bizim bəzi vətəndaşlar Avropa ölkələrinə getmək istəyirlər, lakin onlara bildirilib ki, “Sinovac”, “Sputnik V” və başqa vaksinlər vurdursalar, onlar bu ölkələrə buraxılmayacaqlar. İnsanlardan ancaq “Pfizer-BioNTech”, “Astra zenika” kimi peyvəndləri vurdurmaları tələb olunur, onlar bu peyvəndləri vurdurduqdan sonra Avropa ölkələrinə buraxıla bilərlər.

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri yalnız yük daşımaları üçün açıqdır. Quru sərhədi ilə sərnişin daşımalarına hələlik icazə verilmir.