Azərbaycanda vaksinin ikinci dozasını vurduranların sayı açıqlandıbackend

Azərbaycanda vaksinin ikinci dozasını vurduranların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş vaksinasiya olunub.
TİA.AZ xəbər verir ki, Nazirlər Kabinetinin məlumatına görə, 207 mindən artıq vətəndaş COVID-19-a qarşı 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.
İndiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.
Qeyd edək ki, yaşı 65-dən yuxarı vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 75 762 nəfər, 2-ci doza peyvəndi qəbul edənlərin sayı 1 312 nəfər olub.
50-64 yaşlarında olan vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 90 950 nəfər, 2-ci doza qəbul edənlərin sayı 14 638 nəfər olub.