Azərbaycanda vaksin ilk növbədə bu şəxslərə vurulacaqbackend

Azərbaycanda vaksin ilk növbədə bu şəxslərə vurulacaq

Vaksin sağlam insanlara vurulur.
TİA.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib:
“Payız mövsümündə 4 valentli qrip vaksinləri tətbiq ediləcək. Bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır. Sınanmış və zərərsiz vaksinlərdir, qrip xəstəliyindən çox yaxşı müdafiə vasitəsidir.
Vaksinlər ilk olaraq yaşlı, risk qrupunda olan şəxslərə tətbiq olunacaq. Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur”.
O qeyd edib ki, koronavirus xəstəliyi haqqında məlumatlar kifayət qədər deyil: “Virusun öyrənilməsi üçün ən azı bir il lazımdır. Qan zərdabında anticimlərin yaranması üçün azı 2-6 ay lazımdır.
Xəstəliyi yüngül keçirənlər ikinci dəfə yoluxduqda, xəstəliyi daha ağır keçirirlər. Lakin xəstəliyi ağır keçirənlər ikinci də daha yüngül keçirirlər.
Bu səbəblə xəstəliyə yoluxub-yoluxmayanlar eyni qaydada qorunmalıdırlar. Xəstəliyi keçirmək bizi ikinci xəstəlikdən qorumur, ən azı vaksinasiyaya qədər buna diqqət etməliyik”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki