“Azərbaycanda toyuq əti və yumurtanın qiymətləri 25 faiz bahalaşacaq” – BÖHRAN QAPIDAbackend

“Azərbaycanda toyuq əti və yumurtanın qiymətləri 25 faiz bahalaşacaq” – BÖHRAN QAPIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böhranda əhali adətən daha çox yumurta yeyir, çünki baha deyil və doyumludur. Pandemiya zamanı azərbaycanlılar ət istehlakını kəskin azaldıb, büdcəyə əhəmiyyətli rəsir edən bu məhsulu broyler məhsulları ilə əvəz ediblər.

Yumurta və quş əti gəlirləri azaldıqda istehlakda nəzərəçarpacaq dərəcədə artım göstərən yeganə ərzaq növüdür, axı kim nə desə də, yemək istəyirsən. AYNA-nın söhbətləşdiyi alıcıların əksəriyyəti broyler məhsullarının onlara böhrandan çıxmağa kömək etdiyini bildirir. Həmsöhbətlərimiz deyirlər ki, masalarının dəyişməz atributunun bahalaşması xüsusilə kəskin şəkildə hiss olunur.

Yol kənarındakı kiçik bir mağazanın sahibi Maksim Salehovun sözlərinə görə, pandemiya zamanı toyuq və yumurtanın qiymətləri aşağı düşmür və hətta qalxır: “Son illərdə yumurta yayda mövsümi olaraq daha ucuz idi. Bir qayda olaraq, yayda qiymətlər 5-10 qəpik ucuzlaşırdı. Üç il əvvəl bir qəfəs yumurtanı 3 manat 30 qəpiyə satırdım. İndi bir qəfəsi 5 manat 10 qəpiyə satıram. Onları baha qiymətə satmaq sərfəli deyil, çünki tələbat azalır. Çox almıram, təxminən on qəfəs, amma hətta bu miqdar da bir gündə çətinliklə satılır. Əvvəllər insanlar 20-30 yumurta alırdılarsa, indi on yumurtadan çox almırlar. Özünüz düşünün, qiymətləri qaldırmaqda mənim şəxsi marağım nədir? Xeyrim hər yumurtadan 1-2 qəpikdən çox deyil”.

Başqa bir mağazanın satıcısı bizimlə söhbətində oxşar fikirlər səsləndirib. Bildirib ki, alıcılıq qabiliyyəti düşdüyü üçün qiymətləri qaldırmaq qətiyyən sərfəli deyil: “Yumurta ən populyar məhsuldur. Buna görə də qiymətləri qaldırmaqla, digər şeylərlə yanaşı, daimi müştəriləri qorxutmaq riski ilə üzləşirik. Daha ucuz, amma daha çox satmaq bizim üçün daha asandır”.

Bu arada, mediada yayılan xəbərlərə görə, yumurta artıq bahalaşmağa başlayıb. Belə ki, ağ yumurtr 12-dən 19 qəpiyə, sarı yumurta isə 19-dan 22 qəpiyə qədər bahalaşıb. Kənd yumurtalarının topdansatış qiyməti 1 ədəd üçün 25 qəpikdən 30 qəpiyə qalxıb.

İstehsalçılar ənənəvi olaraq qiymət artımında iştiraklarını istisna edirlər. Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyevin AYNA-ya dediyinə görə, topdansatış qiymətləri sabitdir və 14-15 qəpiyi keçmir.

Yumurtanın bahalaşması ilə Azad İstehlakçılar Birliyinə edilən müraciətlərin sayı daha da artıb. Bu strukturun rəhbəri Eyyub Hüseynov hesab edir ki, qiymət artımı alverçilərin əməyinin bəhrəsidir: “Yumurtanın qiymət artımı ilə bağlı çoxlu zənglər alırıq. Bu səbəbdən istehsalçı “Hacıqabul Broyler”lə əlaqə saxladım. Oradan mənə xəbər verdilər ki, təchizatçılar üç ay ərzində qiymətləri qaldırmayıb. Buradan belə çıxır ki, qiymət artımı mağazalar tərəfindən başlanır”.

“Mövsümi faktor da öz rolunu oynayır – payızda yumurtaya tələbat artır və ticarətçilər bundan pul qazanmağa çalışırlar. Əlbəttə ki, balanslaşdırılmış dövlət istehlak siyasəti şəraitində pərakəndə satış məntəqələri qiymətlərlə bu qədər cəlbedici oynaya bilməzdi. İnanıram ki, ticarətçilərin günahı ucbatından qiymətlər yüksəlir və təcrübəmizdə qiymət artdıqca, bir qayda olaraq, ucuzlaşmır. Artım tendensiyası davam edəcək, lakin bahar ərəfəsində yumurta qiymətlərinin aşağı düşmə ehtimalı var. İstehsalçılar bahara qədər istehsal artdıqca qiymətləri aşağı salacaqlar”, – deyə Hüseynov vurğulayıb.

Lakin israilli ekspert Boris Belenki pərakəndə satış şəbəkələrinin qiymət artımında rol oynamalarını ciddi faktor hesab etmir. Onun AYNA-ya şərhinə görə, broyler məhsulları seqmentində qiymət artımına səbəb olan bir sıra obyektiv amillər var: “Qiymət artımının əsas səbəbi yemin qiymətinin bahalaşmasıdır. İl ərzində, demək olar ki, bütün qarışıq yem maddələrinin qiymətləri artır. Xüsusilə günəbaxan yağı və soya unu bahalaşdı – il ərzində bu məhsulların qiymətləri 30-40% artdı. Eyni zamanda, son iki ilin əlverişsiz hava şəraiti, Rusiyanın bir neçə bölgəsində quraqlıq və ABŞ, Avropa İttifaqı, Argentina və Braziliyada istehsalın azalması yem buğdasına qiymətlərin və tələbatın xeyli artmasına səbəb oldu. Dünya buğda qiymətlərində dalğalanmalar açıq şəkildə yüksəliş tendensiyası ilə baş verir. Əsas səbəb bütün dünyada taxıl yığımı ilə bağlı proqnozların pisləşməsidir: Latın Amerikasından ABŞ-a, Avropaya və Rusiyaya qədər”.

Həmsöhbətimizin fikrincə, bu məhsulların bahalaşması qlobal tendensiyadır: “Pandemiya ilə əlaqədar məhdudiyyətlər, nəqliyyat xərcləri də daxil olmaqla, IUV (ərzaq idxal dəyər indeksi) indeksini 15 ildə ən yüksək səviyyəyə qaldıran ənənəvi tədarük zəncirlərinin pozulmasına, təchizatçı dəyişikliklərinə və digər çətinliklərə səbəb oldu. Nəhayət, son iki il ərzində çox sayda “quş qrip”i və Afrika “donuz qızdırması” qeydə alınıb ki, bu da istehsal həcminin azalmasına və virusların istehsal müəssisələrinin ərazisinə yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər təmin edilməsinin dəyərinin artmasına səbəb olur”.

“İsraildə toyuq əti orta hesabla 25% bahalaşıb. Azərbaycanda broyler məhsullarının qiymətləri təxminən eyni səviyyədə qalxacaq və artmağa davam edəcək”, – deyə Belenki fikrini yekunlaşdırıb.