Azərbaycanda toy və yas mərasimləri yenidən qadağan edilir? – VACİB AÇIQLAMAbackend

Azərbaycanda toy və yas mərasimləri yenidən qadağan edilir? – VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bəzi məkanlarda, eyni zamanda dövlət qurumlarında maska qadağasının tətbiq edilməsi əhali arasında bəzi suallar yaradıb. İnsanlar hesab edir ki, bu, pandemiya qaydalarının sərtləşdirilməsi üçün atılan ilk addımlardır. Digər tərəfdən yoluxma sayının son iki gündə kəskin şəkildə artması, dörd nəfərin koronavirusdan vəfat etməsi də narahatlıq doğuran əsas məqamlardandır. 

Maraqlıdır, bu qadağalara indiki durumda ehtiyac varmı, yaxın günlərdə respublika ərazisində maska taxılması məcburi ola bilərmi? Ümumiyyətlə yoluxma sayının artmaması üçün hansı qadağalar tətbiq edilməlidir?

Tanınmış həkim, professor Adil Qeybulla Manset.az-a açıqlamasında bildirib ki, pandemiyanın əvvəlki dalğalar kimi pik nöqtələri artıq gözlənilmir. Pandemiyanın sonuna doğru getdiyini bildirən professorun sözlərinə görə, bütün bunlara baxmayaraq, virus hələ tam yoxa çıxmayıb, mutasiya etməkdə davam edir:

“Virusun yoluxuculuq indeksi xeyli yüksəlib, eyni zamanda öldürücülük qabiliyyəti xeyli aşağı düşüb. Bu, təbii prosesdir. Virusun mutasiya edərək hüceyrə axtarmaq prosesidir.
Əslində, mən Azərbaycanda epidemioloji vəziyyətin kəskin pisləşdiyini düşünmürəm. Hətta yoluxmalar çox sayda olsa belə. Amma nə qədər ki, pandemiya bitməyib, karantin qaydaları qalır.  ola bilər ki, qapalı mühitdə karantin qaydalarının gözlənilməsi zərurəti ortaya çıxsın. Yəni maska taxılması, sosial məsafə, əllərin gigiyenası və sair. Həmçinin kütləvi tədbirlərin (toy və yas mərasimləri və digər tədbirlər) azaldılması, məhdudiyyətlər də gündəmə gələ bilər. Amma başqa kəskin qadağalara gediləcəyini düşünmürəm və buna zərurət olmayacaq, proseslər tədricən sönməyə doğru gedəcək”.