Azərbaycanda təmizlik idarəsi CƏRİMƏLƏNDİbackend

Azərbaycanda təmizlik idarəsi CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsində nöqsan aşkar olunub.
TİA.AZ Lent.az-a istinadla xəbər verir ki, idarə əməkdaşları sənaye tullantılarını məhv edərkən ətraf mühitə və ekologiyaya zərər vurublar.
Ona görə də idarə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. İş hakim Çingiz İsgəndərovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 6 500 manatdan 8 000 manatadək cərimələnir.