Tribuna İnformasiya Agentliyi

Azərbaycanda tələbələri aparan avtobus aşdı

08 Dekabr

Bakı-Quba yolunda avtobus aşıb.  

Bakı-Quba yolunda avtobus aşıb. 

Magistralın Sumqayıtdan keçən hissəsində “Ford Tranzit” markalı, 50 CF 170 dövlət qeydiyyat nişanlı avtobus aşıb. Nəticədə 42 yaşlı sürücü və 4 sərnişini yaralanıb.

 Bildirilir ki, qəzaya düşən avtobus tələbələri aparırmış. Yaralanan tələbələrdən üçü qız, digəri isə oğlandır.