Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artıbbackend

Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr yarısında Azərbaycanda avtobuslarla 729 912,4 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 11,8% azdır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında avtobus nəqliyyatı ilə 827 907,6 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 67 474,1 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-sentyabrında taksi xidmətlərindən 32 013,3 min nəfər istifadə edib.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.