Azərbaycanda sutkalıq yoluxma sayı 3 mini keçdibackend

Azərbaycanda sutkalıq yoluxma sayı 3 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 3 169 yeni yoluxma faktı qeydə alınıb, 1 404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, son sutkada COVID-19-dan 26 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 029 nəfər vəfat edib, aktiv xəstələrin sayı 25 215 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.