Azərbaycanda süni mayalanmaya həsr olunan ilk elmi kitabın təqdimatı olub – FOTOLARbackend

Azərbaycanda süni mayalanmaya həsr olunan ilk elmi kitabın təqdimatı olub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Azərkitab” kitab təbliğatı mərkəzində tanınmış mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzinin və professor Cəmilə Qubanovanın həmmüəllifi olduğu sonsuzluğun müayinə və diaqnostikasında “Ekstrakorporal mayalanmanın əhəmiyyəti” kitabının təqdimat mərasimi baş tutub.

Təqdimatda tibb ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, ziyalılar, QHT sektorunun üzvləri iştirak ediblər.

Tədbirdə kitabın geniş müzakirəsi aparılıb. Bildirilib ki, kitab 2019-cu ildə nəşr olunsa da, məlum Covid 19 pandemiya səbəbindən geniş ictimaiyyətə təqdim edilməyib. “Ekstrakorporal mayalanmanın əhəmiyyəti” adlı kitabla bağlı geniş məlumat verən müəllif Xəyalə Təhməzli bildirib ki, bu Azərbaycanda süni mayalanma sahəsində ilk elmi kitabdır və tədris vasitəsi kimi istifadə olunacaq.

Tədbirdə çıxış edən natiqlər kitabın həkimlər və həkim olmaq istəyən tələbələr üçün ciddi mənbə, sonsuzluğun aradan qaldırılmasına töhfə kimi dəyərləndiriblər. Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının professoru, tibb elmləri doktoru Səadət Soltanova kitabın gənc nəsil mama-ginekoloqların inkişafına böyük dəstək olacağını vurğulayıb. Qocaman həkim-ginekoloq Fizzə Rəhimli, tibb üzrə fəlsəfə doktoru Afət Həsənli, Əməkdar jurnalist Mətanət Ağamirli, Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri Ayşəm Balayeva və digər çıxışçılar kitabın qadınlar üçün, bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini və Xəyalə Təhməziyə arzularını bildiriblər.
Sonda müəllifin imzasıyla iştirakçılara kitab təqdim olunub.