Azərbaycanda son sutkanın yoluxma statistikasıbackend

Azərbaycanda son sutkanın yoluxma statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 305933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib. 31733 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12679, bu günə qədər isə ümumilikdə 3 141335 test icra olunub.
Son sutkada koronavirus əleyhinə 14680 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5221 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 366890, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 908672, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 458218 təşkil edir.