Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?backend

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib. 3 092 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 331, bu günə qədər isə ümumilikdə 3 559 951 test icra olunub.

Son gündə koronavirus əleyhinə 47366 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı5735 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2513085, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1581890, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 931195 təşkil edir.