Azərbaycanda son sutkada koronavirusa 1 nəfər yoluxubbackend

Azərbaycanda son sutkada koronavirusa 1 nəfər yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 792 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 996 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 871, bu günə qədər isə ümumilikdə 6 890 579 test icra olunub.