Azərbaycanda son sutkada koronavirusa 1 nəfər yoluxubbackend

Azərbaycanda son sutkada koronavirusa 1 nəfər yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

zərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 706, bu günə qədər isə ümumilikdə 6 892 285 test icra olunub.

Ötən sutkada vaksinasiya qeydə alınmayıb. Qeyd olunub ki, bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 721 284, birinci doza peyvəndlərin ümumi sayı 5 347 501, ikinci doza vaksinlərin sayı 4 848 699 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 279 440, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 644 olub.