Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub – 2 nəfər vəfat edibbackend

Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub – 2 nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58  yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 702-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 496, bu günə qədər isə ümumilikdə 1 110 279 test icra olunub.