Azərbaycanda şok qəza: Piyadanı ölümdən üç saniyə ayırdı – VİDEObackend

Azərbaycanda şok qəza: Piyadanı ölümdən üç saniyə ayırdı – VİDEO

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər ki, yolayrıcında “Hyundai Genesis” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə qalxıb və aşıb.

Xoşbəxtlikdən həmin vaxt ödəmə terminalında pul ödəyib gedən piyadanı bir neçə saniyə xilas edib. Çünki avtomobil ödəmə terminalını aşırıb. Sürücünü yaxınlığındakı vətəndaşlar xilas ediblər.

Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, hadisə bir ay əvvəl baş verib.

Həmin sürücü barəsində inzibati qaydada tənbeh tədbiri görülüb. Ərazidə isə mühafizə qurğuları quraşdırılıb ki, gələcəkdə analoji hadisələr zamanı vətəndaşlar xəsarət almasın.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki