Azərbaycanda şok hadisə: 15 yaşlı qız ana oldu (VİDEO)backend

Azərbaycanda şok hadisə: 15 yaşlı qız ana oldu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ğcabədi Rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.
APA TV-nin xəbərinə görə , hamilə vəziyyətdə xəstəxanaya gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib.
Xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Quliyeva bildirib ki, körpənin çəkisi 2 kiloqram 800 qramdır: “Mayın 31-də günorta saat 12:20-də doğum şöbəsinə ağrılarla, dölyanı mayenin artması ilə azyaşlı Səbinə Namiq qızı Hüseynova daxil olub. Xəstə müayinə olunub. Xəstədə dar çanaq olduğu müəyyən olunub. Xəstəyə qeysəriyyə əməliyyatı məsləhət görülüb. Xəstə əməliyyat olunub. Hal-hazırda ana və uşağın vəziyyəti normaldır”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir. Bəs o zaman 15 yaşlı qız necə ailə qurub? Məsələni araşdırmaq üçün üz tutduq Səbinə Hüseynovanın ailə üzvlərinin yanına.
Nənəsi Şərəf Hüseynovanın sözlərinə görə, Səbinə ilə onun həyat yoldaşı, 24 yaşlı Sadiq Cəfərov xalauşağıdırlar. Onlar bir-birini seviblər və ailələr arasındakı razılaşma belə olub ki, xalaoğlu ilə xalaqızını evləndirsinlər. “Vallah, xalası oğluna hərisinİ vermişdik. Yəni 18 yaş toy etmək məqamı idi o vaxtlar. Sonra bu oğlanın anası rəhmətə getdi, 3 kişi qaldı evdə yaman günə. Çörəyini verən olmadı, çayını verən olmadı, paltarını yuyan olmadı. Getdi uşaq da gördü xalası uşaqlarının vəziyyətini. Öz könlü ilə… Yəni burda başqa bir problem ola bilməz. Sonra da gəldi ilişdi uşağa. Mən bunu neyniyə bilərdim?”.
Şərəf Hüseynova deyir ki, Səbinə xalası oğlu və onun ailəsinə görə elə onlarda qalmalı və izdivaca girməli olub. Ailə azyaşlının hamilə olmasını hər kəsdən nə az, nə də çox – düz 9 ay gizlədib: “Evin içində qaldı düz 9 ay. Həkim onu nə vaxt bildi. Ağır vəziyyətdə gətirəndə bildi ki, bu azyaşlıdır. Vəsiqə dedi, dedim vəsiqə yoxdur”.
Nənə baş verənlərlə bağlı özünə bəraət qazandırmağa da çalışıb: “Qohum olduqlarına görə gedib gətirə də bilmədim. 15 yaşında ailə qurub. İndi də 16-ya keçib”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma tədbirləri başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.