Azərbaycanda soğan iki dəfədən artıq bahalaşdı – Yeni qiymətlərbackend

Azərbaycanda soğan iki dəfədən artıq bahalaşdı – Yeni qiymətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Topdansatış məntəqələrində soğanın qiymətində böyük artım baş verib.
Qaynarinfo xəbər verir ki, dünəndən etibarən soğanın qiyməti təxminən iki dəfə artıb.
Satıcılarla söhbətimizdən məlum olub ki, qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə izah edilir: “Deyirlər ki, Rusiyadan soğan gəlmir, ona görə də qiymət bahalaşıb. Əvvəl, soğanın 1 kisəsini 10-15 manata alırdıq, indi 27-30 manata. Təxminən iki dəfə artıb. 40-50 qəpiyə satdığımız soğanı indi bir manata satmağa məcburuq”.
Bəzi satcıcılar hesab edir ki, bahalaşma süni xarakter daşıyır. “Sadəcə müharibədən istifadə edirlər. Birdən-birə bu qədər bahalaşma ola bilməz”, deyə bahalaşmada müharibə faktoruna inanmayanlar deyir.