Azərbaycanda “sms icazə” yenidən BƏRPA EDİLİR – AÇIQLAMAbackend

Azərbaycanda “sms icazə” yenidən BƏRPA EDİLİR – AÇIQLAMA 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu gün vəziyyət heç də ürək açan deyil:

“Mən inanmıram ki, “sms icazə” yenidən bərpa edilsin. Çünki “sms icazə” bərpa edilərsə o zaman müəssisələr bağlanmalı olacaq və insanların hərəkəti məhdudlaşdırılacaq. Bəzi müsəssisələrdə az işçi ilə işləməli olacaqlar. Bu baxımdan mən inanmıram ki, “sms icazə” yenidən bərpa edilsin. Bərpa edilərsə belə yoluxma sayı daha çox hansı şəhər və rayondadırsa orada ola bilər. Hazırda daha çox yoluxma Bakı şəhəri, Abşeron yarmadasındadır. O ki, qaldı avtobuslardakı sıxlıq məsələsi, bu daha çox Bakı şəhərində müşahidə olunur. Bunun da nizamlanması üçün BNA tərəfindən qrafiq qurula bilər. Yəni səhər saat 7-dən 10-a kimi, axşam 5-dən 8-ə kimi sıx qrafiqlə işləyə bilər. Avtobuslar həmin qrafiqə uyğun sərnişinləri daşıya bilər. Nəzarətin güclü olması vacibdir. Yəni hər bir dayanacağın nəzarətçisi olmalıdır ki, avtobuslarda insan sıxlığı olmasın. Bunun üçün də avtobuslar 1-2 dəqiqə intervalla işləməlidir. Buna insanlarımızda etiraz etməzlər. Əksinə məmnun olarlar. Düşünürəm ki, BNA bu məsələdə müəyyən addımlar atmalıdır. Avtobuslarda sıxlıq müşahidə olunan zamanları bu cür tənzimləyə bilər”.