Tribuna İnformasiya Agentliyi

Azərbaycanda şair özünü asdı

24 Aprel

Şair, iş adamı Niyaz Əsgərov bu gün səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kəndində intihar edib. 

Şair, iş adamı Niyaz Əsgərov bu gün səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kəndində intihar edib.

TİA.AZ axar.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü N.Əsgərov iş adamı kimi Bakıda böyük biznes şəbəkəsinə sahib olub.

Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ötən gün axşam saatlarında ata evlərinə – Cəlilabadın Sabirabad kəndinə gedib və həyətlərindəki yardımçı tikilidə özünü asıb.

Sakit təbiətli şəxs olan N.Əsgərovun intihar səbəbi bilinmir.

Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.