Azərbaycanda saunaya gedənlər cərimələndi – Alt paltarında videoya çəkdilərbackend

Azərbaycanda saunaya gedənlər cərimələndi – Alt paltarında videoya çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qusar rayon Polis Şöbəsinə rayonun Balaqusar kəndi ərazisindəki hamam binasında sauna salonunun sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət bir neçə nəfəri Polis Şöbəsinə gətiriblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.
Qanun pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə ediliblər. Hamamın icarədarı Amik Hacıağayev barəsində də protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.