Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən varbackend

Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki “Aygün” şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki