Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, 1989-1996-cı illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri vəzifəsini tutmuş, Azərbaycan SSR əməkdar iqtisadçısı, “Şərəf nişanı” ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Nailə Bağırova “Şərəf nişanı” ordeni ilə təltif edilib. Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.
Allah rəhmət eləsin.