Azərbaycanda sabiq deputata CİNAYƏT İŞİ AÇILDIbackend

Azərbaycanda sabiq deputata CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin ikinci çağırış deputatı qanunsuz ağac kəsməkdə ittiham olunur.

TİA.AZ Lent.az-a istinadən xəbər verir ki, keçmiş deputat Şərifov Ağakərim Şirəli oğlu Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkən qismində vətəndaş Əliyev Cavidan Məzahir oğlu tanınıb.

Qeyd edək ki, A. Şərifov 2000-2005-ci illərdə Milli Məclisin ikinci çağırış deputatı olub.