Azərbaycanda qarı nə üçün adi bellə təmizləyirlər? – Ekspertbackend

Azərbaycanda qarı nə üçün adi bellə təmizləyirlər? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda səkiləri təmizləmək üçün xüsusi texnika yoxdur”
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov yolların ibtidai üsulla – bellə təmizlənməsindən danışarkən deyib. Onun fikrincə, gələcəkdə bu texnikaların alınması haqqında düşünməyə dəyər:
 
“Bakı şəhərində qarla bağlı təmizləmə işləri aparanda piyadalar tamam unudulur. Amma unudulmamalıdır. Çünki piyadalar yol hərəkətində daha çoxdur, nəinki avtomobil və sürücülər. Piyadaların təhlükəsizliyi üçün şərait yaradılmalıdır. Bunu qanun da tələb edir. Gördüyünüz qartəmizləyən texnikalarla səki təmizləmək mümkün deyil. Bunun üçün xüsusi kiçik texnikalar var. Balaca, yüngül, asanlıqla səkilərə çıxır və təmizləmə işini apara bilir”.
Ərşad Hüseynov mövcud şəraitdə səkilərə heç olmasa qum səpməyin lazım olduğunu bildirib:
“Travma alan vətəndaşların sayı 70-i keçib. Bunun olmaması üçün səkilərin təmizlənməsi mütləqdir”.