Azərbaycanda qara qar yağdı – VİDEObackend

Azərbaycanda qara qar yağdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonuna qara qar yağıb.

Oxu.Az xəbər verir ki, təbiət hadisəsi Təngəaltı kəndində qeydə alınıb.

Belə ki, ötən gün kəndə yağan qar ağ deyil, sakinlərin dili ilə desək, qara rəngdə yağıb.

Onların sözlərinə görə, axşam saatlarından başlayan yağıntı daha sonra öz rəngini dəyişib. Səhər saatlarında isə qarın fərqli rəngdə olduğu müşahidə edilib.

Bu maraqlı təbiət hadisəsi təkcə Təngəaltı kəndində deyil, rayonun bir sıra ucqar dağ kəndləri olan Afurca, Aydınkənddə də müşahidə olunub