Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı – Videobackend

Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaş açıq-aydın şəkildə özünü bilərəkdən avtomobilin önünə atmaqla hadisəni piyadanın vurulması kimi göstərməyə çalışır. Polis əməkdaşı olaraq videogörüntüləri təəccüb içərisində izlədim”.

Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sözsüz ki, sürücü həmin şəxsi tibbi müayinədən keçməsi üçün dəvət edəcəkdir:

“Bu çox təəssüf doğuran ssenaridir. Hadisənin nə zaman və dəqiq olaraq hansı istiqamətdə baş verdiyi barədə hələ məlumat yoxdur. Lakin məsələ mütləq şəkildə araşdırılacaq və mövzuya hüquqi qiymət verilməsinə çalışılacaq. Bilərəkdən yalan ifadə, yalan izahat məsələsi ortaya qoyularsa belə, bütün bunlar araşdırma zamanı öz həllini tapacaqdır.

Hadisəyə ilkin araşdırma rayon üzrə polis idarələrində olur. Hadisəyə müstəntiqlər hüquqi qiymət verəcəkdir. Hesab edirəm ki, burada sürücü yox, piyada qanunvericiliyə müvafiq olaraq layiqli cəzasını alacaqdır”.