Azərbaycanda problemli kreditlər artıbbackend

Azərbaycanda problemli kreditlər artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 917,5 milyon manat təşkil edib.

TİA.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən isə 2,7 % çoxdur.

Problemli kreditlər son ildə isə 29,3 % azalıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,3 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1 %, ötən il fevralın sonuna 8,3 % olub.