Azərbaycanda peyvənd olunanların sayı açıqlanıbbackend

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.